Türkiyə Niger hökumətinə başsağlığı verib

Türkiyə Nigerdəki terror aktında həyatını itirənlərin ailələrinə və niger xalqı ilə hökumətinə başsağlığı verib.

1729772
Türkiyə Niger hökumətinə başsağlığı verib

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada:”Nigerin Tillaberi bölgəsindəki bir kənddə törədilən terror aktı nəticəsində çox sayda insanın həyatını itirdiyi xəbərini dərin hüznlə eşitdik. Bu mənfur terror aktını şiddətlə qınayırıq. Hücum nəticəsində həyatını itirənlərin ailələrinə, dost və qardaş Niger xalqına və hökumətinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

Xatırladaq ki, Niger Daxili işlər naziri Alkaçe Alhada Dövlət televiziyasına açıqlamasında noyabrın 2-də Tillaberi rayonunun Ədəb-Dab kəndinə silahlı terrorçu qruplar tərəfindən hücum təşkil edildiyini bildirib. Əlhadanın sözlərinə görə hücum nəticəsində Banibanqu rayonunun bələdiyyə sədri də daxil olmaqla 69 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr