Böyük Britaniya  Fransaya 48 saat möhlət verib

İngiltərə Fransaya davam edən balıqçılıq problemi ilə bağlı təhdidlərə  son qoyması  üçün  iki sutka vaxt verib. Əks təqdirdə  ölkəyə qarşı hüquqi tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.

1727628
Böyük Britaniya  Fransaya 48 saat möhlət verib

İngiltərənin xarici işlər naziri Liz Truss, Şotlandiyada öz  fəaliyyətlərinə  başlayan 26-cı Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransına (COP26)  qatılmaq  üzrə  səfərdə  olduğu Qlazqo şəhərində ölkəsi ilə Fransa arasında davam edən balıqçılıq problemi ilə bağlı mətbuata açıqlamalar verib. Xarici  işlər  naziri  Liz truss: “Fransa La-Manş boğazı və balıqçılıq sektorumuzu  əsassız təhdid  edir. Bundan  imtina  etmələrini  istəyirik. Əks halda, hərəkətə keçmək üçün Avropa İttifaqı (Aİ) ilə ticarət müqaviləmizin mexanizmlərindən istifadə edəcəyik. Fransa ədalətsiz hərəkət edir. Ticarət müqaviləsi  ilə  müəyyənləşdirilmiş faktlara  əməl  etmir. Buna  biganə  qala  bilmərik.  Lazımlı  hüquqi  tədbirlər  görmək   İngiltərənin   təbii  haqqıdır.  Daha  səbrimiz qalmadı məsələ 48 saat ərzində həll edilməlidir”-deyə  Liz  Trussm  vurğulayıb.

Xatırladaq ki, Fransa hökumətinin sözçüsü Qabriel Attal oktyabrın 27-də  verdiyi  açıqlamada   bildirib ki, davam edən balıqçılıq problemi ilə əlaqədar İngiltərəyə qarşı 2 noyabr tarixindən etibarən cavab tədbirləri həyata keçirəcəklər.

Qeyd  edək  ki,  2021-ci ildə balıq ovu kvotalarının müəyyən edilməsi ilə bağlı Aİ və Böyük Britaniya arasında aparılan danışıqlarda konsensus əldə edilməyib. Fransız balıqçılar  isə  müəyyən edilmiş bölgələrdə fəaliyyət göstərə bilməyiblər. Britaniyaya  aid  Cersi adası rəhbərliyinin   öz ərazi sularında balıq tutmağa davam etmək istəyən fransız balıqçılardan keçmiş fəaliyyətlərinə dair sübut təqdim etmələrini istəməsi İngiltərə ilə Fransa arasında gərginliyə səbəb olub.

 



Әlaqәli Xәbәrlәr