Nə qədər uşaq uzaqdan təhsil imkanından məhrumdur?

Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondunun (UNİCEF) yaydığı hesabata görə...

1726377
Nə qədər uşaq uzaqdan təhsil imkanından məhrumdur?

 

  Dünya üzrə ən az 200 milyon uşaq uzaqdan təhsil imkanı olmayan ölkələrdə yaşayır.

  Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondunun (UNİCEF) yaydığı hesabatda uzaqdan təhsil ala bilməyən aşağı və orta gəlirli 31 ölkədə ən az 200 milyon uşaq olduğu açıqlanıb.

  BMT-yə bağlı Uzaqdan Təhsilə Hazırlıq İndeksi analizinə görə, araşdırılan 67 ölkədən 31-inin (ən çox Qərb və Orta Afrikadakı) üz-üzə təhsilin alınmadığı vəziyyətlərdə uzaqdan təhsil imkanı yarada bilmədiyi, 17 ölkənin isə orta səviyyədə təminat əldə edə bildiyi qeyd edilib.

  UNİCEF məktəbə qədərki təlim-təhsilin ən çox laqeydlik göstərilən sahə olduğunu və bir çox ölkənin “Covid-19” epidemiyası zamanı uyğun siyasət tətbiq etmədiyini açıqlayıb.

  Hesabatda təhsil sektorunda inkişafa ən çox ehtiyacı olan ölkələr arasında Benin, Burundi, Fil Dişi Sahili, Konqo, Efiopiya, Madaqaskar, Malavi, Niger və Toqo yer alır.  

  UNİCEF-in baş katibi Henrietta For etdiyi şərhdə bildirib: “Texnologiyanın gücündən faydalanmaq, bütün uşaqlar və gənclərə təhsil fürsəti təmin etmək üçün çox çalışırıq. Amma hələ də bəzi yerlərdə uzaqdan təhsil probleminə həll tapılmayıb, bəzi ölkələrdə isə üz-üzə təhsilin yerinə alternativ yoxdur”.



Әlaqәli Xәbәrlәr