30 Oktyabr – Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günüdür

... Bu hadisədən sonra oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günü və Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi qeyd olunur

1726370
30 Oktyabr – Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günüdür
Siyasi Pepressiya Qurbanları Günü_02.jpg

 

  Bu günün tarixi 1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarski tərəfindən Mordovia və Perm düşərgələrinin digər məhbusları Beynəlxalq Siyasi Məhbuslar Gününü həbsxanada aclıq edərək, siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Elə həmin gün Sergey Kavalyov Andrey Saxarovun evində mətbuat konfransı təşkil edərək həbsxanada keçirilmiş bu aksiya barədə məlumat verib, həbsxana düşərgəsindən bəzi sənədləri ictimailəşdirib və siyasi məhbusların sözlərini ictimaiyyətə çatdırıb. Bir neçə aydan sonra bu mətbuat konfransının təşkili Kavalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib. Bu hadisədən sonra oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günü və Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi qeyd olunur.



Әlaqәli Xәbәrlәr