Livanda seçkilərin keçiriləcəyi tarix açıqlandı

Prezident Mişel Avnın etirazlarına baxmayaraq, Livan Məclisi səs çoxluğu ilə ümumi seçkilərin 27 mart 2022-ci ildə keçirilməsi qərarına qəlib.

1726294
Livanda seçkilərin keçiriləcəyi tarix açıqlandı

TRT-nin  ölkə  mətbuatına  istinad  etdiyi  xəbərə görə prezident Avnın ümumi  seçkilərin vaxtından  iki  ay  əvvəl, yəni  27 Mart 2022-ci il tarixində  keçirilməsi  qərarına  etirazına görə Məclisdə seçki tarixini yenidən müəyyən etmək üçün növbəti iclas keçirilib. Assambleyanın iclasında səs çoxluğu ilə ümumi seçkilərin daha  əvvəl  müəyyən  edilən  27 mart 2022-ci ildə keçirilməsi  qərarına qəlinib.

Prezident  Avnın   mənsub  olduğu Cibran Basilin  partiyasının  rəhbərlik etdiyi Azad Vətənpərvərlik Hərəkatını  təmsil edən  millət  vəkilləri  iclasda  əleyhdə  səs  verdikdən  sonra   nəticənin   açıqlanmasını gözləmədən iclasdan  ayrılıblar. Xatırladaq ki, Livan Parlamenti oktyabrın 19-da keçirdiyi növbəti iclasında ümumi seçkilərin  Ramazan  ayına  təsadüf  etdiyini   səbəb  göstərərək vaxtından iki ay  əvvəl,  yəni  2022-ci ilin mart ayının 27-də keçirilməsi  qərarına  gəlmişdi.  Prezident Avn  isə  həmin  qərardan  etiraz  etmişdi. 



Әlaqәli Xәbәrlәr