Beynəlxalq Qırmızı Xaç Komitəsindən Efiopiyaya təcili humanitar yardım çağırışı

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) beynəlxalq ictimaiyyəti qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsi ilə hərbçilər arasında toqquşmaların gücləndiyi Efiopiyada mülki şəxslərə təcili humanitar yardım göstərməyə çağırıb.

1726213
Beynəlxalq Qırmızı Xaç Komitəsindən Efiopiyaya təcili humanitar yardım çağırışı

BQXK-nın prezidenti Peter Maurer Efiopiyaya reallaşdırdığı 3 günlük səfərindən sonra komitənin İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında keçirilən mətbuat konfransında ölkədəki son vəziyyətə münasibət bildirib. Ölkənin şimalındakı Tiqray və qonşu şəhərlərdə qarşıdurmaların son həftələrdə şiddətləndiyinə diqqət çəkən Peter Maurer: “Münaqişələr gündəlik tələbat mallarının tədarikinə əngəl törədib və səhiyyə sistemini iflic vəziyyətinə salıb. Mülki əhali daha əsas ehtiyaclarını belə təmin edə bilmir”. Münaqişələrin gündəlik həyata mənfi təsir etdiyi bölgələrdə bir çox ailənin təcili ərzaq və tibbi ləvazimatlara ehtiyacı olduğunu ifadə edən Maurer, vəziyyətin bu şəkildə davam edətməsi halında mülki şəxslərin uzunmüddətli sağlamlıq problemləri ilə üzləşə biləcəyini vurğulayıb.

Xatırladaq ki, Efiopiya ordusunun 2020-ci ilin noyabrında qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsinə qarşı başlatdığı əməliyyatlar davam edir. Ölkənin şimalında 11 aydır davam edən qarşıdurma təxminən 2,5 milyon insanı didərgin salıb, regionda 5 milyondan çox insanın təcili yardıma ehtiyacı var.



Әlaqәli Xәbәrlәr