Dibeybe: "Ölkədəki mübarizə bölgələr arasında deyil, siyasidir"

Liviyanın Baş naziri Dibeybe ölkəsindəki mübarizənin bölgələr arasında deyil, siyasi olduğunu bəyan edib.

1725405
Dibeybe: "Ölkədəki mübarizə bölgələr arasında deyil, siyasidir"

Liviyanın Baş naziri Dibeybe ölkəsindəki mübarizənin bölgələr arasında deyil, siyasi olduğunu bəyan edib.
Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe paytaxt Tripolidə bəzi nazirlərlə görüşdə Sirenayka bölgəsindən bəzi qəbilə başçıları və tanınmış şəxslərin verdiyi açıqlamaya cavab verib.

Dibeybe "Sirenaykanın geridə qalması ilə bağlı ifadələr həqiqəti əks etdirmir. Ölkədəki mübarizə bölgələr arasında deyil, siyasidir" deyib.

Dibeybe heç vaxt xüsusi bir bölgəyə üstünlük vermədiyini bildirərək, hökumətində siyasi təmsilin ədalətli coğrafi bölgü ilə edildiyini vurğulayıb.

Heç bir qurumun ölkənin şərqinə daşınmasında heç bir maneə görmədiyini bildirən Dibeybe paytaxt Tripoli olduğu üçün qurumların əksəriyyətinin təbii olaraq paytaxtda olduğunu xatırladıb.



Әlaqәli Xәbәrlәr