Misirdə fövqəladə vəziyyət rejimi ləğv edilib

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ölkədə 2017-ci ildən qüvvədə olan fövqəladə vəziyyət rejimini ləğv edib.

1725177
Misirdə fövqəladə vəziyyət rejimi ləğv edilib

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ölkədə 2017-ci ildən qüvvədə olan fövqəladə vəziyyət rejimini ləğv edib.

Əbdül Fəttah əs-Sisi bunu rəsmi “Facebook” səhifəsində yazıb.

Dövlət başçısı bunları yazıb:

"İllər ərzində ilk dəfədir ki, bütün ölkədə fövqəladə vəziyyət rejimini ləğv etmək qərarına gəldim. Uzun müddətdir mübarizə apardığımız bu anı birlikdə yaşadığım üçün xoşbəxtəm. Sadiq xalqı sayəsində Misir indi regionda təhlükəsizlik və sabitlik vahəsinə çevriləcək”.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi 2017-ci ilin aprelində kilsələrə ardıcıl hücumlardan sonra tətbiq edilmişdi. Həmin terror aktlarında 45 nəfər həlak olmuş, 130-dək insan xəsarət almışdı. Hadisəyə görə məsuliyyəti DEAŞ terror qruplaşması üzərinə götürmüşdü.



Әlaqәli Xәbәrlәr