BMT-nin Livandakı Müvəqqəti Qüvvələri müzakirələrin yenidən başlamasına çağırıb

Livanın cənubundakı Ras en-Nakura qəsəbəsində keçirilən tədbirdə iştirak edən UNIFIL ( BMT-nin Livanda Müvəqqəti Qüvvələri ) komandiri Del Kol açıqlamalar verib.

1724814
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri müzakirələrin yenidən başlamasına çağırıb

Livanın cənubundakı Ras en-Nakura qəsəbəsində keçirilən tədbirdə iştirak edən UNIFIL (BMT-nin Livanda Müvəqqəti Qüvvələri ) komandiri Del Kol açıqlamalar verib.

Del Kolh "Biz siyasi və diplomatik həll yolu ilə Livan və İsrail arasında davamlı atəşkəs üçün lazımi şərait yaratmaq üçün səylərimizi artırmalıyıq" deyib.

ABŞ-ın təşəbbüsü ilə Livan və İsrail arasında sərhəd danışıqları çərçivəsində 5 görüşün keçirildiyini xatırladan Del Kol görüşlərə ev sahibliyi etmək məsuliyyətinin onların üzərinə düşdüyünü qeyd edib.

Del Kol danışıqların bərpa olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki,  Livan və İsrail arasında təxminən 860 kvadrat kilometrlik dəniz sahəsi mübahisəsi var. Livan danışıqlar qrupu isə mübahisəli ərazinin 2290 kilometr olduğunu irəli sürür.

Hər iki ölkə də bu regionun kontinental şelfinə iddialıdır. İsrail Livan hökumətinin lisenziyalaşdırma prosesinə başladığı beş blokdan üçünün İsrail kontinental şelfinin sərhəd bölgəsində olduğunu iddia edir.

İsrail həmçinin Livanın 87 kilometr uzunluğundakı quru sərhədi boyunca Şeba əkin sahələrilə bəzi digər bölgələri işğalını davam etdirir.

Livan və İsrail arasındakı sərhəd münaqişəsinin həlli üçün 2010-cu ildən bəri ABŞ rəsmiləri ilə prosesə rəhbərlik edən Livan Parlamentinin sədri Nəbih Berri keçən il BMT-nin himayəsində İsraillə həm quru, həm dəniz sərhədlərini təyin etmə müzakirələri üçün "çərçivə razılaşması"nın əldə edildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr