ABŞ Sudana yardımı təxirə saldı

Amerika Birləşmiş Ştatları (ABŞ) Sudandakı çevriliş cəhdinə cavab olaraq bu ölkəyə 700 milyon dollarlıq yardımın dayandırıldığını açıqlayıb.

1724996
ABŞ Sudana yardımı təxirə saldı

Amerika Birləşmiş Ştatları (ABŞ) Sudandakı çevriliş cəhdinə cavab olaraq bu ölkəyə 700 milyon dollarlıq yardımın dayandırıldığını açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Sudanda dövlət çevrilişinə cəhdlə bağlı Vaşinqtonun mövqeyi ilə bağlı şərh verib.

Sözçü Prays çevriliş cəhdinə reaksiya verib və mülki idarəçiliyin başçılıq etdiyi keçid hökumətinə dərhal qayıtmağa çağırıb.

N. Prays çevrilişə cavab olaraq Sudana edilən 700 milyon dollarlıq yardımı dayandırdıqlarını, mülki idarəçilərin dərhal azadlığa buraxılmasının lazım olduğunu və prosesi yaxından təqib edəcəklərini bildirib.

Ned Prays çevriliş cəhdində əli olanların əməllərinə görə məsuliyyət daşıyacaqlarını da vurğulayıb.

Qeyd edək ki, oktyabrın 25-i səhər saatlarında Sudanda baş nazir Abdullah Hamduk və bir çox siyasətçi saxlanılıb.

Ölkənin bir çox yerində elektrik və internet xətlərinin kəsildiyi bir vaxtda hərbi qüvvələrin paytaxt Xartumdakı radio və televiziya mərkəzinə basqın etdiyi və çoxlu işçini saxladığı bildirilib.

Çevriliş cəhdindən sonra hökumətin mülki qanadı və bir çox siyasi partiyalar xalqı küçələrə çıxmağa çağırıb, paytaxt Xartumun müxtəlif yerlərində toplaşan minlərlə sudanlı hərbi müdaxiləyə qarşı nümayiş keçirib.

Sudan Peşəkar Palatalar Birliyi təxminən 2 həftədir ki, bir çox şəhərlərdə “inqilab”a və mövcud mülki hökumətə dəstək nümayişləri keçirərək, 2018-ci ilin dekabrında “xalq inqilabı” və mülki idarəçiliyə keçid tələbi ilə çıxış edirdi.

Birlik əvvəllər keçmiş prezident Ömər əl-Bəşirin 30 illik hakimiyyətinə son qoyan kütləvi xalq etirazlarına rəhbərlik etmişdi.



Әlaqәli Xәbәrlәr