Sudanda baş nazir və koalisiya liderləri həbs edilib

Sudanda bir qrup əsgər səhər saatlarında baş nazir Abdullah Hamduk və koalisiya hökumətinin ortaq partiyalarının liderlərini saxlayıb.

1724231
Sudanda baş nazir və koalisiya liderləri həbs edilib

Sudanda bir qrup əsgər səhər saatlarında baş nazir Abdullah Hamduk və koalisiya hökumətinin ortaq partiyalarının liderlərini saxlayıb.
Bundan sonra paytaxt Xartumun bəzi bölgələrində etirazlar başlayıb. Qeyd olunub ki, bəzi yollarda nümayişçilər təkər yandırıb, yolları hərəkətə bağlayıblar.

Sudanın İnformasiya Nazirliyi isə Suveren Şurasının bəzi üzvlərinin və keçid hökumətinin bəzi nazirlərinin hərbi qüvvələr tərəfindən həbs edildiyi barədə məlumat paylaşıb.

İnformasiya Nazirliyi, həmçinin hərbi qüvvələrin paytaxt Xartumun Omdurman bölgəsindəki radio və televiziya mərkəzinə basqın etdiyini və çoxlu əməkdaşın saxlandığını açıqlayıb.

Nazirlikdən yayılan bəyanatda "Hərbi qüvvələr Umdurmandakı radio və televiziya qərargahına basqın etdi və bir çox işçini saxladı" ifadəsindən istifadə edilib.

Bəyanatda həmçinin qeyd olunub ki, ev həbsində olan Sudan baş naziri Abdullah Hamduk xalqı öz inqilablarını qorumaq üçün dinc şəkildə küçələrə çıxmağa çağırıb.

Digər tərəfdən, Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhanın son inkişaflarla əlaqədar açıqlama verəcəyi gözlənilir.

Sudanın siyasi partiyaları çevriliş cəhdindən sonra vətəndaş itaətsizliyə çağırarkən, Sudan Peşəkar Palatalar Birliyi isə xalqı küçələrə çıxmağa çağırıb.

Ölkədə hərbi fəaliyyətdən sonra internet və telefon xətlərində fasilələr yaranır.



Әlaqәli Xәbәrlәr