Avropa İttifaqı son vaxtlar Suriyada zorakılığın artmasından narahatdır

Avropa İttifaqı (Aİ) son vaxtlar Suriyada zorakılığın artmasından narahat olduğunu bildirib.

1723276
Avropa İttifaqı son vaxtlar Suriyada zorakılığın artmasından narahatdır

Avropa İttifaqı (Aİ) son vaxtlar Suriyada zorakılığın artmasından narahat olduğunu bildirib. 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin ofisi tərəfindən yayılan yazılı açıqlamada bütün tərəflər təmkinli olmağa çağırılıb.

Açıqlamada Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Qeyr O. Pedersenin ölkə miqyasında atəşkəs çağırışını dəstəklədiyi bir daha vurğulanıb.

Açıqlamada "Suriyada sabitliyə gedən yeganə yol BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə və BMT-nin vasitəçiliyinə uyğun olaraq etibarlı və hərtərəfli siyasi həlldir" deyilib.

Xatırladaq ki, Suriyada oktyabrın 21-də Bəşər Əsəd rejiminin nəzarətində olan paytaxt Dəməşqdə hərbi avtomobilə bombalı hücum təşkil edib və rejim 14 əsgərinin şəhid olduğunu bildirib.

Daha sonra rejim qüvvələri İdlibin cənubundakı Eriha qəsəbəsindəki bazarlardan birini hədəfə alıb və ən azı 10 mülki şəxs həyatını itirib.



Әlaqәli Xәbәrlәr