Hindistan və Nepalda təbii fəlakət nəticəsində ölənlərin sayı artıb

Hindistan və Nepalda günlərdir davam edən güçlü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 161 nəfərə çatıb.

1723009
Hindistan və Nepalda təbii fəlakət nəticəsində ölənlərin sayı artıb

Nepal Daxili İşlər Nazirliyindən verilən açıqlamada bu gün daha 11 nəfərin həyatını itirdiyi, ölkənin müxtəlif bölgələrində baş verən sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayının 88-ə çatdığı bildirilib.

Ölkənin Fəlakətlərlə Mübarizə Xidmətindən yayılan məlumata görə ölümlərin əksəriyyət ölümlər torpaq sürüşmələri nəticəsində olub və 30 nəfər itkin düşüb.

Hindistanın cənubundakı Kerala əyalətində güçlü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində isə daha 2 cəsədə çatılıb. Beləcə həyatını itirənlərin sayı 27-yə yüksəlib. Ölkənin şimalında yerləşən Uttarakhand ştatında isə 46 nəfər həyatını itirib. İki əyalətdə sel və sürüşmə nəticəsində ölənlərin sayının 73 -ə çatdığı, yollar və körpülərin su altında qaldığı, çox sayda evin dağıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr