Co Bayden Çinin hipersonik raketlər sınaqdan keçirdiyi iddialarından narahatdır

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden Çinin hipersonik (səsdən iti) raketlər sınaqdan keçirdiyi iddialarından narahat olduğunu söyləyib.

1722811

Bayden Pensilvaniya ştatına hərəkətindən əvvəl Endryus Hərbi Hava bazasında jurnalistlərin suallarını cavablandırıb.

Bayden jurnalistlərdən birinin "Çinin hipersonik raket sınaqdan keçirdiyi iddiaları sizi narahat edirmi?" sualına "Bəli" cavabını verib.

Qeyd edək ki, "Financial Times" qəzeti oktyabrın 16-da adının açıqlanmasını istəməyən 5 mənbəyə istinadən Çinin iyul ayında hipersonik raket sınaqdan keçirdiyini iddia etmişdi. Xəbərdə raketin Aşağı Yer Orbitinə qədər qalxdığı, ancaq kiçik bir sapma ilə hədəfindən yayındığı irəli sürülmüşdü.

Әlaqәli Xәbәrlәr