Çində restronda partlayış olub, ölənlər var

Çinin Liaoninq əyalətində təbii qazın partlaması nəticəsində ilk məlumatlara görə 3 nəfər həyatını itirib.

1722999
Çində restronda partlayış olub, ölənlər var

Yerli KİV-in məlumatına görə, əyalətin paytaxtı Sinyanda restoranda baş verən partlayış nəticəsində 30-dan çox insan xəsarət alıb. Səhər radələrində  baş verən hadisə nəticəsində restoranın yerləşdiyi 3 mərtəbəli binaya ciddi ziyan dəyib. Xilasetmə işləri üçün hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb olarkən hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr