Çinə məxsus 4 gəmi Yaponiyanın ərazi sularına daxil olub

Çin sahil mühafizəsinə məxsus dört gəmi Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları yaxınında Yaponiyanın ərazi sularına daxil olub.

1722931
Çinə məxsus 4 gəmi Yaponiyanın ərazi sularına daxil olub

Okinava ştatının Naha qəsəbəsindəki sahil Mühafizəsi Qərargahından verilən məlumata görə, Çin gəmiləri Yaponiyanın milli ərazi sularını pozub. Sözügedən gəmilər Minami Kojima və Uotsurijima adalarına yaxınlaşaraq Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli Senkaku ərazi sularında təxminən iki saat qaldıqdan sonra Kubasima adasının 26 kilometr cənub-qərbində üzüblər. Bildirilir ki, gəmilər, Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra bölgəni tərk ediblər.

İctimai yayım orqanı NHK-nın məlumatına görə, Çin sahil mühafizəsinə  məxsus gəmilər cari ildə 30-cu dəfə Yaponiyanın ərazi sularına daxil olblar.



Әlaqәli Xәbәrlәr