Tunis sahillərində 340 qanunsuz miqrant xilas edilib

Tunis sahillərində 193-ü xarici ölkə vətəndaşı olan 340 qanunsuz miqrant xilas edilib.

1722102
Tunis sahillərində 340 qanunsuz miqrant xilas edilib

Tunis sahillərində 193-ü xarici ölkə vətəndaşı olan 340 qanunsuz miqrant xilas edilib.

Tunis Daxili İşlər Nazirliyinin mövzuyla bağlı açıqlamasında Dəniz Mühafizə qruqlarının ölkənin cənubundakı Safaks sahillərində qanunsuz miqrasiyaya qarşı 18 əməliyyat keçirdiyi bildirilib.

Keçirilən əməliyyatlar zamanı 193-ü xarici ölkə vətəndaşı olmaqla 340 qanunsuz miqrantın xilas edildiyi, qanunsuz miqrasiyanı təşkil etdiyi aşkarlanan 4 əcnəbi vətəndaşın saxlanıldığı qeyd edilib.

Tunis və Liviya kimi Afrikanın şimalındakı ölkələr Aralıq dənizi üzərindən qeyri-qanuni olaraq Avropaya çatmaq istəyən qanunsuz miqrantların çıxış nöqtəsi olaraq görülür.

Hər il minlərlə miqrant daha yaxşı bir həyat ümidi ilə Avropaya çatmaq üçün Afrikadan Aralıq dənizinə üz tutur. Miqrantların bir hissəsi Avropaya çatmağı bacarır, digərləri dənizdə həlak olur.



Әlaqәli Xәbәrlәr