Hindistan, Aİ, BƏƏ və İsrail beynəlxalq forum yaratmaq qərarına gəliblər
Hindistan, İsrail, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri “yeni dörtlük” olaraq xarekterizə edilən birliyin ilk iclasında iqtisadi əməkdaşlıq üçün beynəlxalq forum yaratmaq qərarına gəliblər.

Videokonfrans vasitəsi ilə keçirələn iclasa Hindistanın xarici işlər naziri Subrahmanyam Jaişankar, İsrailin xarici işlər naziri Yair Lapid, ABŞ -ın dövlət katibi Antoni Blinken və BƏƏ -nin xarici işlər naziri şeyx Abdullah İbn Zayed Əl Nahyan iştirak edib.
Hindistanın xarici işlər naziri Jaishankar sosial media hesabında iclas ilə əlaqəli açıqlama verib. Nazir: “İclasda iqtisadi artım və qlobal mövzularda daha güçlü əməkdaşlıq fikrini müzakirə etdik və yaxın gələcəkdə yenidən görüş keçirmək mövzusunda razılaşdıq.
İsrail xarici işlər naziri Lapid “Twitter” hesabından paylaşdığı açıqlamada 4 ölkə arasındakı sinerjinin, infrastruktur, nəqliyyat, dəniz təhlükəsizliyi və digər mövzularda əməkdaşlığa töhfə verəcəyini vurğulayıb.
ABŞ Dövlət Departamentinin rəhbəri Blinken də sosial media hesabından paylaşdığı açıqlamada iclasda regional və qlobal miqyasda ümumi narahatlıq doğuran, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsinin vacibliyi kimi mövzuların müzakirə edildiyini bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price mövzu ilə əlaqədar verdiyi açıqlamada, dövlət katibi Blinkenin qatıldığı iclasda ticarət, iqlim dəyişikliyi ilə mübarizə, enerji əməkdaşlığı və dəniz təhlükəsizliyinin gücləndirilməsi daxil olmaqla Yaxın Şərq və Asiyada iqtisadi, siyasi əməkdaşlığı irəli pillələrə qaldırmaq mövzusunun müzakirə edildiyini qeyd edib.
Әlaqәli Xәbәrlәr

Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb
Amerika Birləşmiş ştatları prezidenti Co Bayden Sakit okean ölkələrinin liderləri ilə görüşüb.