Zalmay Xəlilzad istefa verib

ABŞ-ın dövlət katibi Entoni Blinken Zalmay Xəlilzadın istefa verdiyini yerinə müavini Tomas Uestin təyin edildiyini açıqlayıb.

1721493
Zalmay Xəlilzad istefa verib

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad istefa verib.
ABŞ-ın dövlət katibi Entoni Blinken Zalmay Xəlilzadın istefa verdiyini yerinə müavini Tomas Uestin təyin edildiyini açıqlayıb.

E. Blinken yazılı bəyanatında bildirib ki, Əfqanıstanın xüsusi elçisi Zalmay Xəlilzad istefa edir. Amerika xalqına onilliklər boyu xidmətlərinə görə minnətdarlığımı bildirirəm. Daha əvvəl xüsusi elçinin müavini işləyən Tomas Uest Əfqanıstan üzrə xüsusi elçi olacaq.

Blinken ABŞ Prezidenti Co Baydenin vitse -prezidentliyi dövründə milli təhlükəsizlik komandasında olan Uestin Qərbin Əfqanıstanla bağlı diplomatik səylərə rəhbərlik edəcəyini vurğulayıb:

"Xüsusi nümayəndə Uest diplomatik səylərə rəhbərlik edəcək və Cənubi və Mərkəzi Asiya bürosunda nazir və nazir müavininə məsləhət verəcək".

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən Əfqanıstan üzrə xüsusi nümayəndə təyin edilən Xəlilzad ABŞ -ın Talibanla danışıqlarında əhəmiyyətli rol oynadı.



Әlaqәli Xәbәrlәr