Livanda ölənlərin sayı 6 nəfərə çatıb

Livan ordusu paytaxt Beyrutda nümayişçilərə atəş açan silahlıların kimliyini müəyyən edə bilib.

1719908
Livanda ölənlərin sayı 6 nəfərə çatıb

Livanın paytaxtı Beyrutda hakim və müstəntiqlərə etiraz etmək üçün “Hizbullah” və “Amal” hərəkatlarının Ədalət sarayına yürüşünün iştirakçılarına naməlum şəxslər tərəfindən atəş açıldıqdan sonra təhlükəsizlik qüvvələri ilə Bədora meydanının ətrafında yerləşən binadakı silahlılar arasında  baş verən atışma nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 32 nəfər isə yaralanıb.

Livan ordusu paytaxt Beyrutda nümayişçilərə atəş açan silahlıların kimliyini müəyyən edə bilib.

Hadisə ilə bağlı ümumilikdə 9 nəfər saxlanıldığı bildirilb

Ölkənin baş naziri bildirib ki, Livanda 15 oktyabr Beyrut hadisələrinin qurbanları üçün matəm günü elan edilib.



Әlaqәli Xәbәrlәr