Antonio Quterreş Livanda münaqişə tərəflərini sakitliyə çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş Livandakı münaqişə tərəflərini zorakılığa son qoymağa çağırıb.

1719914
Antonio Quterreş Livanda münaqişə tərəflərini sakitliyə çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş Livandakı münaqişə tərəflərini zorakılığa son qoymağa çağırıb.

Baş katibin nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə deyib: "Baş katib Beyrutda baş verən hadisədən çox narahatdır. Bütün tərəfləri təcavüzü dərhal dayandırmağa və təxribatçı hərəkətlərdən çəkinməyə çağırırıq".

Sözçü əlavə edib ki, Quterreş keçən ilin avqustunda Beyrut limanında baş verən partlayışla bağlı tam və qərəzsiz araşdırma aparılmasını müdafiə edir.

Xatırladaq ki, "Haraket Amal" partiyasının tərəfdarları oktyabrın 14-də Livanın Tayuni bölgəsinə toplaşıblar. Nümayişçilər keçən il Beyrut limanında baş verən partlayış işini nəzərdən keçirən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.

Etirazçıların Ədalət Sarayına doğru yürüşü zamanı naməlum şəxslər onlara atəş açıb. Yerli mətbuatın yazdığına görə, atışma nəticəsində 6 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Ölkənin baş naziri bildirib ki, Livanda 15 oktyabr Beyrut hadisələrinin qurbanları üçün matəm günü elan edilib.

Livan ordusu paytaxt Beyrutda nümayişçilərə atəş açan silahlıların kimliyini müəyyən edə bilib.

Hadisə ilə bağlı ümumilikdə 9 nəfər saxlanılıb.



Әlaqәli Xәbәrlәr