Şərqi Qüdsdə fələstinlilərə məxsus ərazilər müsadirə edilib

İsrailin Yerli Planlaşdırma və İnşaat Komitəsi işğal altındakı Şərqi Qüdsdəki Fələstin torpaqlarının yəhudi sakinlər lehinə müsadirə edilməsini təsdiqləyib.

1719260

İsrailin "Maariv" qəzetində yer alan xəbərlərdə komitənin qərarı ilə Givat Hamatos yaşayış yeri genişlədilərək, qeyd olunan ərazidə dövlət binası tikiləcəyi və yol  çəkiləcəyi iddia edilib.

Müsadirə üçün təsdiqlənmiş ərazinin böyüklüyü haqqında heç bir məlumat verilməsə də, fələstinlilərə məxsus torpaqların ələ keçirilməsi ilə Qüdslə Beytüllahim arasındakı əlaqənin kəsiləcəyinə diqqət çəkilib.

Qəzetin xəbərində İsrailin bu planı 2014-cü ildən həyata keçirmək istədiyi, ancaq beynəlxalq təzyiq və tənqid səbəbiylə təxirə saldığı ifadə edilib.

Fələstinli və beynəlxalq səlahiyyətlilər Givat Hamatos yaşayış yerinin iki dövlətli  həll imkanlarına mənfi təsir edəcəyini bildirirlər.

Beynəlxalq hüquqa görə, işğal olunmuş ərazilərdəki bütün yəhudi məskənləri qanunsuz sayılır.

Әlaqәli Xәbәrlәr