Angela Merkel: "Əfqanıstanda iqtisadi çöküşün qarşısı beynəlxalq yardımlarla alınmalıdır"

Almaniya kansleri Angela Merkel G20 liderləri ilə Əfqanıstan üzrə danışıqların yekununda jurnalistlərə açıqlama verib.

1718706
Angela Merkel: "Əfqanıstanda iqtisadi çöküşün qarşısı beynəlxalq yardımlarla alınmalıdır"

"Əfqanıstanda iqtisadi çöküşün qarşısının beynəlxalq yardımlarla alınması vacibdir".

Bunu Almaniya kansleri Angela Merkel G20 liderləri ilə Əfqanıstan üzrə danışıqların yekununda jurnalistlərə deyib.

"Nə elektrik, nə də maliyyə sistemi olmadığı üçün Əfqanıstanda 40 milyon insanın xaosa düşməsini izləmək beynəlxalq ictimaiyyətin məqsədi ola bilməz və olmamalıdır" deyə A. Merkel bildirib. 

Əfqanıstanda maliyyə sisteminin çökməsinin heç kimə xeyrinin olmayacağına Merkel "O zaman humanitar yardım da artıq göstərilə bilməz" deyib.

A. Merkel Əfqanıstanda maliyyə sisteminin çökməsinin qarşısını almaq üçün Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının üzərinə böyük vəzifələr düşdüyünü bildirib.

Almaniya kansleri ayrıca, terrorla mübarizənin əhəmiyyətinə də diqqət çəkərək, Əfqanıstanın xarici dünya üçün təhlükə yaratmaması vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr