Bu ölkədə Covid-19 testi ödənişli oldu

Bu gündən etibarən Almaniyada yeni növ koronavirus (Covid-19) testləri üçün ödəniş alınacaq.

1717817
Bu ölkədə Covid-19 testi ödənişli oldu

Məlumata görə qərar epidemiyaya qarşı  mübarizə çərçivəsində əhalini peyvənd vurulmağa təşviq etmək üçün qəbul edilib. Qərara görə Peyvənd olunmayan və ya Covid-19-a yoluxmayanlardan bir çox məkana daxil olarkən mənfi test nəticəsi tələb olunacaq. Hamilə qadınlar, 12 yaşdan kiçik uşaqlar, qocalar evləri və xəstəxanaları ziyarət edənlərdən test qarşılığında pul tələb edilməyəcək. Bu qrupa daxil olmayanlardan  test qarşılığı 18-40 avro arasında pul tələb ediləcək.

Alman Həkimlər palatasından yayılan şərhdə isə testlərin ödənişli olması halında vətəndaşların ümumiyyətlə testdən imtina edəcəklərinə və  beləcə hadisə sayının artacağına diqqət çəkilib.

Digər tərəfdən, Almaniya hökumətinin, epidemiyanın başlanğıcından 15 sentyabr 2021-ci ilə qədər test xərcləri üçün təxminən 5.3 milyard avro ödədiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr