Liviyada Nümayəndələr Palatası parlament seçkilərini təxirə salıb

Liviya Nümayəndələr Palatası parlament seçkilərinin prezident seçkilərindən 30 gün sonra keçiriləcəyini bəyan edib.

1715529
Liviyada Nümayəndələr Palatası parlament seçkilərini təxirə salıb

Liviya Nümayəndələr Palatası parlament seçkilərinin prezident seçkilərindən 30 gün sonra keçiriləcəyini bəyan edib. 

Nümayəndələr Palatasının sözçüsü Abdullah Bileyhik sosial media hesabından mövzu ilə bağlı açıqlama paylaşıb.

"Parlament seçkiləri prezident seçkilərinin keçirilməsindən 30 gün sonra keçiriləcək" ifadələrindən istifadə edən Bileyhik bu qərarın "prezidentin birbaşa xalq tərəfindən seçilməsini təmin etmək istəyinə əsaslandığını" irəli sürüb. 

Birləşmiş Millətlər Təşkilatının Liviyada həll üçün təyin etdiyi yol xəritəsinə görə, prezident və parlament seçkilərinin 24 dekabrda eyni vaxtda keçirilməsi planlaşdırılır.

Nümayəndələr Palatasının sədri və ölkənin şərqindəki qeyri-qanuni lideri Xəlifə Həftərin siyasi müttəfiqi Akile Saleh ilk olaraq 8 sentyabrda təktərəfli şəkildə və Məclisdə səsə qoyulması üçün təqdim etmədən prezident seçkilərinə dair qanun qəbul etdiyini açıqlamışdı. Sonra isə Nümayəndələr Palatası oktybarın 4-də parlament seçkiləri üçün qanun çıxardığını elan etmişdi.

Ancaq ölkədəki başqa bir qanunverici orqanı olan Dövlət Ali Şurası Salehin qəbul etdiyi hər iki qanunu da birtərəfli və Süheyrat müqaviləsinə zidd olduğu səbəbiylə "qanunsuz" elan etmiş və rədd etmişdi.



Әlaqәli Xәbәrlәr