Makron ABŞ dövlət katibi Blinken ilə görüşüb
Fransa prezidenti Emmanuel Makron paytaxt Parisdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.c

Fransa prezidenti Emmanuel Makron paytaxt Parisdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Yelisey Sarayından yayılan açıqlamada görüşdə iki ölkə arasındakı əməkdaşlığın dərinləşdirməsi və gücləndirilməsi fürsətinin gündəmə gətirildiyi və bunun xüsusilə Avropa İttifaqı-NATO əməkdaşlığı, Sahel və Hind-Sakit okean bölgələri mövzularında həyata keçirilə biləcəyi bildirilib.
Açıqlamada Makron və Blinken arasındakı görüşün Fransa ilə ABŞ arasında etimadın qurulmasına töhfə verəcəyi qeyd edilib.
Bu arada Blinken də "Twitter" hesabında Makron və müşaviri Emmanuel Bonne ilə əhəmiyyətli bir görüş keçirdiyini bildirdi.
Avropa, Sahel və Əfqanıstanda ümumi təhlükəsizlik maraqlarını müzakirə etdiklərini ifadə edən Blinken, ikitərəfli əlaqələrin inkişaf etdirilməsini səbirsizliklə gözlədiklərini ifadə edib.
Blinken Fransanın xarici işlər naziri Jean-Yves Le Drian ilə də görüşdüyünü və Hind-Sakit okean, Sahel və Əfqanıstanda ortaq iqtisadi və inkişafın yanında regional problemləri müzakirə etdiyini bildirib.