Yaponiya Şimali Koreyanın raket sınaqdan keçirdiyini açıqlayıb

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın "ballistik" olduğu güman edilən raketi sınaqdan keçirdiyini açıqlayıb.

1711296
Yaponiya Şimali Koreyanın raket sınaqdan keçirdiyini açıqlayıb

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın "ballistik" olduğu güman edilən raketi sınaqdan keçirdiyini açıqlayıb.

"Kyodo" agentliyinin Yaponiya hökumət qaynaqlarına əsaslandırdığı xəbərinə görə, Şimali Koreya ballistik raket sınağı keçirib.

Raketin "Yaponiyanın xüsusi iqtisadi zonası" ndan kənarda dənizə düşdüyü bildirilir.

Xəbərdə Yaponiyanın Baş naziri Suğa Yosihidenin hökumətin müvafiq qurumlarına gözlənilməz vəziyyətlərə hazırlaşmağı tapşırdığı bildirilib.

"Yonhap" agentliyinin Cənubi Koreya Baş Qərargah Rəisliyinin açıqlamasına əsaslandırdığı xəbərinə görə, Şimali Koreya ölkənin şərq sahillərinə "naməlum" raket atıb.

Xəbərdə Şimali Koreyanın bu ay ikinci dəfə ballistik raket sınaqdan keçirdiyi qeyd edilib. Sentyabrın 15-də buraxılan iki ballistik raket Yaponiyanın xüsusi iqtisadi zonasına düşmüşdü.



Әlaqәli Xәbәrlәr