Stoltenberq ilə Quterreşin görüşü olub

NATO-nun görüşlə bağlı məlumatına görə, Stoltenberq və Quterreş BMT Baş Məclisi çərçivəsində bir araya gəliblər.

1709423
Stoltenberq ilə Quterreşin görüşü olub

NATO-nun Baş katibi Yens Stoltenberq və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində görüş keçirib. Görüşdə Əfqanıstandakı vəziyyət və iqlim dəyişikliyi müzakirə edilib.

NATO-nun görüşlə bağlı məlumatına görə, Stoltenberq və Quterreş BMT Baş Məclisi çərçivəsində bir araya gəliblər.

Görüşdə beynəlxalq sülh və təhlükəsizlik ilə terrora qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinə sadiqlik ifadə edilib.

Stoltenberq Quterreşə təhlükədə olan əfqanları əmin-amanlığa qovuşdurulmasına dair görülən işlər haqqında məlumat verib.

Görüşdə Talibanın təhlükəsiz təxliyyə, insan hüquqları və terrorla bağlı məsuliyyətlərini yerinə yetirməsinin əhəmiyyətinə diqqət çəkilib.

İqlim dəyişikliyi də görüşün gündəmində olub.



Әlaqәli Xәbәrlәr