İsrail polisi yaraladığı fələstinlini həbs edib

İsrail polisi işğal olunmuş Şərqi Qüdsdə rezin güllə ilə yaralayan bir fələstinlini saxlayıb.

1709394
İsrail polisi yaraladığı fələstinlini həbs edib

İsrail polisi işğal olunmuş Şərqi Qüdsdə rezin güllə ilə yaralayan bir fələstinlini saxlayıb.

Şahidlərdən əldə edilən məlumata görə, İsrail polisi Şərqi Qüdsün Et-Tur bölgəsində etdiyi basqında fələstinli Bessam Ebu Sıbitanı rezin güllə ilə yaralayıb.

İsrail polisinin yaydığı yazılı açıqlamada isə polislərin Et-Tur bölgəsində göstərdiyi bir "fəaliyyət" zamanı polisə atəşfəşanlıq və daşlarla hücuma məruz qaldığı bildirilib.

Açıqlamada kütləni dağıtmaq üçün polisin müdaxilə etdiyi və toqquşmadan sonra "qaçmağa çalışan" 18 yaşlı bir nəfəri saxladığı, sözügedən şəxsin ayağından vurulduğu və sonra xəstəxanaya aparıldığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr