İsrail ordusu fələstinli jurnalistlərdən birini yaralayıb

İsrail ordusu işğal altında olan İordan çayının qərb sahilindəki Nablus şəhərinin şərqində bir fələstinli jurnalistə atəş edərək onu yaralayıb.

1709637

Fələstinin Mətbuat Həmkarlar İttifaqı tərəfindən yayılan məlumatda İsrail qüvvələrinin Nablusun Deyr əl-Hatab kəndində etdiyi atəş nəticəsində fələstinli fotomüxbir Nasir Eştiyyənin başından yaralandığı bildirilib.

İttifaq İsrailin Deyr əl-Hatab kəndində jurnalistlərə hücumunu qınayıb.

Başqa bir media qaynağının Anadolu Agentliyinə (AA) verdiyi məlumata görə, İsrail qüvvələri dünən gecə Deyr Əl-Hatab kəndinə basqını zamanı həqiqi və rezin güllələrdən, qaz və səs bombalarından istifadə edib.

Bu vəziyyət qarşısında fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma yaşanıb.

İordan çayının qərb sahilindəki bölgə və şəhərlərə tez-tez basqınlar edən İsrail qüvvələri təhlükəsizlik səbəbiylə axtarışda olduqları səbəbiylə fələstinliləri həbs edir.

Әlaqәli Xәbәrlәr