Braziliyanın səhiyyə naziri koronavirusa yoluxub

BMT-nin iclasına gələn Braziliyanın səhiyyə naziri koronavirusa yoluxub.

1708886
Braziliyanın səhiyyə naziri koronavirusa yoluxub

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Braziliya prezidenti Jair Bolsonaro ilə birlikdə Nyu Yorka gələn səhiyyə naziri Marcel Keyroqa koronavirusa yoluxub.

Bu barədə nazir özü tviterdə məlumat verib.

“Hamıya məlumat verirəm ki, bu gün "Covid-19" testimin cavabı müsbət oldu. Bütün sanitariya qaydalarına uyğun olaraq ABŞ-da karantinə alınacağam ”, - nazir tviterdə yazıb.

Nazirin karantin müddətinin 14 gün davam edəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr