Antonio Quterreş Türkiyəyə təşəkkür edib

Quterreş "Türkiyə və Türk icmasının qaçqınlara qarşı göstərdiyi böyük səxavətlə şəxsən tanışam. Qorumağa ehtiyacı olan qaçqınlara göstərdiyiniz dəstəyə görə sizə (Türkiyə) dərin təşəkkürümü bildirirəm" ifadəsini işlədib.

1708375
Antonio Quterreş Türkiyəyə təşəkkür edib

"Qorunmağa ehtiyacı olan qaçqınlara göstərdiyiniz dəstəyə görə sizə (Türkiyə) səmimi təşəkkürümü bildirirəm".
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyənin BMT Daimi Nümayəndəliyi və Nyu-York  Baş Konsulluğunun yerləşəcəyi yeni Türkevi binasının açılışında deyib.

Quterreş "Türkiyə və Türk icmasının qaçqınlara qarşı göstərdiyi böyük səxavətlə şəxsən tanışam. Qorunmağa ehtiyacı olan qaçqınlara göstərdiyiniz dəstəyə görə sizə (Türkiyə) dərin təşəkkürümü bildirirəm" ifadəsini işlədib.

Baş katib müharibələrdən, zorakılıqdan, təzyiqlərdən və insan haqları pozuntularından qaçan insanların sayının rekord həddə çatdığını ifadə edərək deyib:

"Türkiyənin beynəlxalq birliyin dəstəyi ilə əlindən gələni etməyə davam edəcəyinə inanıram. Bu, hamımızı maraqlandıran bir həmrəylikdir. Türkiyənin münaqişələrin sona çatması üçün ən əhəmiyyətli vasitələrdən biri olan Vasitəçilik Dostlar Qrupuna həmsədrlik də daxil olmaqla davamlı dəstəyini də alqışlayıram. Türkiyə ilə sıx əməkdaşlıq davam edəcək.

Quterreş daha sonra prezident Ərdoğan tərəfindən qəbul edilib. Görüş zamanı Suriya, Liviya, Əfqanıstan və Kıbrıs məsələləri müzakirə edilib.



Әlaqәli Xәbәrlәr