Niderlandın xarici işlər naziri istefa verib

Niderlandın xarici işlər naziri Siqrid Kaaq vəzifəsindən istefa verib

1707179
Niderlandın xarici işlər naziri istefa verib

 TRT-nin  xəbərinə  görə Xarici işlər naziri Kaaq “Taliban” hərəkatı Kabilə nəzarəti ələ keçirdikdən sonra bölgədəki vətəndaşları və səfirlik işçilərini vaxtında təxliyə etməməkdə ittiham olunur.

Niderland Nümayəndələr Palatası cümə axşamı günü Əfqanıstanda baş verənləri qiymətləndirmək üçün xüsusi iclas keçirib. Müxalifət partiyaları Niderland üçün işləyən tərcüməçiləri, Kabildəki səfirlik işçilərini və Əfqanıstandakı digər vəzifəli şəxsləri vaxtında evakuasiya edə bilmədiklərinə görə xarici işlər naziri Kaaq və müdafiə naziri Ank Bijleveldi tənqid ediblər.

Kaaq təxliyə zamanı səhvlərin edildiyini etiraf edib, lakin heç kimin “Taliban” hərəkatının sürətlə irəliləyəcəyini gözləmədiyini bildirib.

Müxalifət partiyaları Kaaq və Bijleveld adlı iki qadın nazirə qarşı etimadsızlıq elan edib. Kaaq siyasi məsuliyyəti üzərinə götürərək istefa verdiyini açıqlayıb. Müdafiə naziri xidmətinə davam edəcəyini bildirib.

 

 

 



Әlaqәli Xәbәrlәr