Pakistanda terrorçularla atışma

Pakistanın Cənubi Vəziristan bölgəsində terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 7 əsgər həyatını itirib, 5 terrorçu zərərsizləşdirilib.

1706592
Pakistanda terrorçularla atışma

Pakistanın Cənubi Vəziristan bölgəsində terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 7 əsgər həyatını itirib, 5 terrorçu zərərsizləşdirilib.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyinin (ISPR) verdiyi açıqlamaya görə, Asman Manza qəsəbəsində əməliyyat keçirən təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma baş verib.
Qarşıdurmada 7 əsgər həyatını itirib, 5 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyat davam edərkən, hücumu hansı təşkilatın həyata keçirdiyi barədə məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr