Çinin cənub-qərbindəki Siçuan vilayətində 6 bal gücündə zəlzələ olub

Çində baş verən zəlzələdə ölənlərin sayı artıb.

1706605
Çinin cənub-qərbindəki Siçuan vilayətində 6 bal gücündə zəlzələ olub

Çinin cənub-qərbindəki Siçuan vilayətində 6 bal gücündə zəlzələ olub.

yeraltı təkanlar Lucou şəhərinin Lusien rayonunda yerli vaxtla saat 4:33-də (Türkiyə vaxtı ilə 01:33) baş verib. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Vilayətinn səlahiyyətli qurumlarının məlumatına əsasən, zəlzələ nəticəsində bir neçə inzibati və sosial bina ilə yanaşı, 200-ə yaxın fərdi evə ciddi zərər dəyib. Dağıntı nəticəsində 4 nəfər ölüb, 60 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Mülki müdafiə qüvvələri təbii fəlakət zonasından 6904 nəfəri təxliyə edilib. Lucou şəhərində ən yüksək səviyyədə fövqəladə vəziyyət elan edilib.



Әlaqәli Xәbәrlәr