BMT Baş Assambleyasının yeni prezidenti Abdulla Şahid oldu

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkırın səlahiyyət müddəti başa çatıb.

1706287
BMT Baş Assambleyasının yeni prezidenti Abdulla Şahid oldu

Volkan Bozkırın yerinə Maldiv adalarının xarici işlər naziri Abdulla Şahid keçib. TRT xəbər verir ki, 14 sentyabr 2020 -ci ildə üzərinə götürdüyü BMT 75 -ci Baş Assambleyasına sədr vəzifəsini üzərinə  götürən  Volkan Bozkır dünən  səlahiyyətlərini Maldivlərin xarici işlər naziri Abdulla Şahidə təhvil verib. --Türkiyə-nin Xarici İşlər Nazirliyinin mövzu ilə əlaqədar açıqlamasında: “Cənab Bozkır, vəzifə müddətində yeni tip koronavirus (Covid-19) epidemiyası səbəbi ilə  qarşılaşılan bir çox  çətinliklərə  baxmayaraq, Baş Məclisin işinin ləng etmədən davam etməsi üçün lazımlı səyi  etdi və beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olan Fələstin, Suriya və Myanma  böhranlarının Baş Assambleyanın gündəminə  daxil edilməsi uğrunda atılan adodımlar başda olmaqla Baş Assambleyanın gücləndirilməsi səylərinə dəstək verdi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial media hesabında paylaşdığı  açıqlamasında: “BMT-nin 75 -ci Baş Assambleyasının sədri vəzifəsini uğurla başa vuran səfir Volkan Bozkırı təbrik edirəm. Ölkəmizi ən yaxşı şəkildə təmsil etdiyinizə və dünya problemlərini həll etmək uğrunda göstərdiyiniz səylərə görə təşəkkürlərimi bildirirəm Volkan qardaş!”.



Әlaqәli Xәbәrlәr