BMT Baş Assambleyasının 76-cı sessiyası öz işinə başlayır

BMT Baş Assambleyasının 76-cı sessiyası öz işinə çərşənbə axşamı yəni bu gün başlayacaq və 21-27 sentyabr tarixlərində yüksək səviyyəli həftəlik yekunla bitəcək.

1705995

Əsas mövzu, “Taliban” hərəkatının nümayəndələrinin hakimiyyəti ələ keçirdikləri və artıq Nazirlər Kabinetinin qurulduğunu elan etdikləri Əfqanıstandakı vəziyyət olacaq.

76-cı sessiyanın Akkreditasiya komitəsi sentyabrın 14-də keçiriləcək ilk iclasda formalaşdırılacaq. Ənənəvi olaraq, bura Rusiya, ABŞ, Çin və dünyanın müxtəlif yerlərindən seçilmiş altı ölkə daxildir. Komitə ölkənin BMT-dəki daimi nümayəndəsinin namizədliyini, habelə nümayəndə heyətinin yüksək səviyyəli həftə üçün akkreditasiyası barədə qərar qəbul edəcək.

Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi Qulam İshakzai 21-27 sentyabrda ölkəsini yüksək səviyyəli tədbirlərdə təmsil edəcək. Yüksək səviyyəli həftədə 83 ölkənin lideri, 43 hökumət başçısı və 23 ölkənin xarici işlər nazirinin iştirakı gözlənilir.

Әlaqәli Xәbәrlәr