Əbdülfəttah əl-Sisi ilə Naftali Bennet arasında görüş keçirilib

Şarm əl-Şeyx kurort şəhərində Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə İsrailin Baş naziri Naftali Bennet arasında görüş keçirilib.

1706016
Əbdülfəttah əl-Sisi ilə Naftali Bennet arasında görüş keçirilib

Şarm əl-Şeyx kurort şəhərində Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə İsrailin Baş naziri Naftali Bennet arasında görüş keçirilib.

Görüşdə İsraillə Fələstin arasında sülh prosesi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Misir İsraillə Həmas arasında son münaqişədə vasitəçilik missiyası atəşkəsə nail olunmasında mühüm rol oynamışdı. Misir Prezidentinin mətbuat katibi Bəssam Radi bildirib ki, tərəflər arasında müxtəlif səviyyələrdə faydalı məsləhətləşmələrin bundan sonra da davam etdirilməsinə dair razılıq əldə olunub.



Әlaqәli Xәbәrlәr