Səudiyyə Ərəbistanı daha üç ölkəyə səyahət qadağasını ləğv etdi

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Afrika və Argentinaya səyahət qadağasının tətbiqinə  son qoyulduğunu açıqlayıb.

1704692
Səudiyyə Ərəbistanı daha üç ölkəyə səyahət qadağasını ləğv etdi

TRT-nin Səudiyyə Ərəbistanının SPA agentliyinə  istinad etdiyi xəbərinə  görə Daxili İşlər Nazirliyi; yeni tip koronavirus (Covid-19)  əleyhinə mübarizə çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika və Argentinaya tətbiq edilən səyahət qadağasına bu gündən tutmuş son qoyulduğunu elan edib. Sözügedən üç ölkədən gələnlərin Səudiyyə Ərəbistanına daxil olmalarına və Səudiyyə vətəndaşlarının bu ölkələrə səyahət etmələrinə icazə veriləcək.

 Nazirliyin açıqlamasına görə qərar dünyada Covid-19 ilə  əlaqəli  vəziyyəti təhlil edən   sağlamlıq təşkilatlarının qiymətləndirmələri  çərçivəsində  qəbul edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayında BƏƏ, Vyetnam və Efiopiya ilə qarşılıqlı uçuşların epidemiya səbəbindən dayandırıldığını açıqladı. Fevral ayında isə diplomatlar, səhiyyə işçiləri və ailələri istisna olmaqla, BƏƏ, Argentina və Cənubi Afrika daxil olmaqla 20 ölkədən Səudiyyə Ərəbistanına girişi qadağan etmişdi.



Әlaqәli Xәbәrlәr