İslam İnkişaf Bankı (İİB) Direktorlar Şurasının 46-cı illik iclası

Toplantıya dünyanın 60 ölkəsindən onlayn və offlayn formatda 4500-dən çox nümayəndə, bir sıra beynəlxalq təşkilatın təmsilçiləri, jurnalistlər qatılıb

1701618
İslam İnkişaf Bankı (İİB) Direktorlar Şurasının 46-cı illik iclası

 

  Özbəkistanın paytaxtı Daşkənddə İslam İnkişaf Bankı (İİB) Direktorlar Şurasının 46-cı illik iclası keçirilir. Toplantıya dünyanın 60 ölkəsindən onlayn və offlayn formatda 4500-dən çox nümayəndə, bir sıra beynəlxalq təşkilatın təmsilçiləri, jurnalistlər qatılıb.

  İclasa Azərbaycan adından iqtisadiyyat nazirinin müavini Elnur Əliyev və digər dövlət qurumlarının əməkdaşları qatılıb.

  Özbəkistan prezidenti Şavkat Mirziyoyev qonaqları salamlayıb, İslam İnkişaf Bankı ilə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri haqqında geniş məruzə edib. Dövlət başçısı deyib ki, Özbəkistan 2003-cü ildən bu bankın üzvüdür və bu müddətdə bank 30 layihəyə 2,5 milyard dollar dəyərində sərmayə qoyub. Bu ənənənin davamı kimi Özbəkistanda islam dəyərlərinin qorunması istiqamətində böyük işlər görülür. Belə ki, son illərdə həyata keçirilən İmam Buxari adına Beynəlxalq Hədis Elmi Məktəbi, İslam Sivilizasiyası Mərkəzi və Beynəlxalq İslam Akademiyası bu layihələrdəndir.

  İclasda İslam İnkişaf Bankı İdarə Heyətinin sədri Məhəmməd ibn Süleyman əl-Casser çıxış edib, Özbəkistanla əlaqələrin dərinləşdirilməsi istiqamətində həyata keçiriləcək layihələrdən danışıb.

  Toplantı sentyabrın 4-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr