Nigeriyada terror aktı törədilib, ölənlər var

Nigeriyada Boko Haram terror təşkilatı tərəfindən həyata keçirilən hücum niticəsində 16 nəfər həyatını itirib.

1700772
Nigeriyada terror aktı törədilib, ölənlər var

TRT-nin ölkə mətbuatına  istinad etdiyi  xəbərə görə  terror təşkilatı üzvləri Borno əyalətinin Rann kəndinə hücum ediblər. Hadisə nəticəsində bir  əsgər  və könüllü olaraq yardım fəaliyyətlərində iştirak edənlərdən ibarət 16 nəfər həyatını itirib. Çox sayda adam yaralanıb.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərindən etibarən ölkədə mövcud qanlı hadisələr törədən  Boko Haramın 2009 -cu ildən bəri təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həyatını itirib. Terror təşkilatı 2015 -ci ildən bəri ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir. Təşkilatın Çad Gölü hövzəsindəki hücumlarında ən az 2000 adam həyatını itirib. Ölkədəki terror aktları və qarşıdurmalar səbəbindən yüz minlərlə insan köç etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr