Afrika qitəsində ən çox itkin olan ölkə

Beynəlxalq Qızıl Xaç Komitəsinin (İCRC) Nigeriya üzrə sözçüsü Aliyu Davobe 30 Avqust Beynəlxalq İtkinlər Günü münasibətilə mətbuat nümayəndələrinə etdiyi şərhdə bildirib...

1699823
Afrika qitəsində ən çox itkin olan ölkə

 

  Afrika qitəsində ən çox itkin adam olan ölkənin 24 min nəfərlə Nigeriya olduğu açıqlandı.

  Beynəlxalq Qızıl Xaç Komitəsinin (İCRC) Nigeriya üzrə sözçüsü Aliyu Davobe 30 Avqust Beynəlxalq İtkinlər Günü münasibətilə mətbuat nümayəndələrinə etdiyi şərhdə bildirib: “Afrikada 44 min adam itkindir. Bu rəqəmin 24 mini Nigeriyadadır. O, Afrika qitəsində ən çox itkin adamı olan ölkədir.

  İtkinlərin 90 faizindən çoxu ölkənin şimal-şərqindəki silahlı qarşıdurmalarla bağlıdır. Bunların 57 faizi uşaqlardır.

  Afrika qitəsində silahlı qarşıdurmalar və digər zorakılıq hadisələri səbəbindən 2020-ci ildən bu yana qeydiyyatlı itkin sayı artıb.

  Nigeriyada yeni tip koronavirus (Covid-19) epidemiyasından bəri itkin düşənlərin tapılması çətinləşib. Amma onların tapılması üçün əlimizdən gələni edirik”.



Әlaqәli Xәbәrlәr