“Türkiyənin Əfqanıstana kömək etməsini istəyirik, çünki...” Z.Mücahid

Anadolu xəbər agentliyinə (AA) müsahibəsində Türkiyə ilə çox yaxşı əlaqələr qurmaq istədiklərini bildirən Z.Mücahid deyib...

1699375
“Türkiyənin Əfqanıstana kömək etməsini istəyirik, çünki...” Z.Mücahid

 

  Talibanın sözçüsü və Mədəniyyət Komissiyasının sədri Zabihullah Mücahid Türkiyənin Əfqanıstana köməklərinin sürməsini istədiklərini söylədi.

  Anadolu xəbər agentliyinə (AA) müsahibəsində Türkiyə ilə çox yaxşı əlaqələr qurmaq istədiklərini bildirən Z.Mücahid deyib: "Türkiyə xalqı və dövləti bizim dostumuzdur. Bunun davam etməsi üçün bir çox səbəb var.

  Kabil havalimanının təhlükəsizliyinin təmin edilməsi üçün Talibanın xüsusi qüvvələri var. Belə ki, bütün Əfqanıstan və paytaxt Kabilin təhlükəsizliyini qoruyarkən havalimanı da bizim üçün çətin olmayacaq. Sadəcə məntiqi və texniki ehtiyaclar var. Bu mövzuda Türkiyə ilə danışığımız oldu, onlara problem olmayacağına dair zəmanət verdik. Havalımanı ilə bağlı lazım olan ehtiyacları Türkiyə və başqa ölkələrdən istəyəcəyik.

  Əfqanıstana Türkiyənin dəstəyi davam etməlidir.  

  Türkiyə ilə iqtisadiyyat sahəsində də əlaqələr qurmaq istəyirik. Əvvəllər olduğu kimi, təhsillə bağlı da Türkiyənin dəstəyinə ehtiyacımız var.

  Türkiyə xalqı və dövlətindən dostluq münasibətlərini davam etdirməsini istəyirik. Çünki Əfqanıstan və Türkiyə xalqları arasında dərin tarixi əlaqələr var."

  Xatırladaq ki, avqustun 15-də paytaxt Kabili də alan Taliban prezident Əşrəf Qaninin ölkəni tərk etməsilə Əfqanıstanı qarşıdurmasız nəzarətə alıb.



Әlaqәli Xәbәrlәr