Bu ölkədə 1 milyon uşağın sağlığı təhlükəli vəziyyətdədir

Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondunun (UNİCEF) icraçı direktoru Henrietta For (Henrietta Fore) verdiyi şərhdə belə deyib...

1695833
Bu ölkədə 1 milyon uşağın sağlığı təhlükəli vəziyyətdədir

 

  Əfqanıstanda təxminən 1 milyon uşağın sağlamlığı qeyri-kafi bəslənmə üzündən təhlükə altındadır və çarə edilməzsə, həyatlarını itirə bilərlər.

  Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondunun (UNİCEF) icraçı direktoru Henrietta For (Henrietta Fore) verdiyi şərhdə belə deyib: “Əfqanıstanda təxminən 10 milyon uşağın həyatı davam etdirə bilmələri üçün humanitar yardıma ehtiyacı var. Təxminən 1 milyon uşağın sağlamlığı qeyri-kafi bəslənmə üzündən təhlükə altındadır və müalicə edilməzlərsə, həyatlarını itirərlər. 2,2 milyonu qız olan təxminən 4,2 milyon uşaq təhsilə davam edə bilmir. Ölkə içində 435 min uşaq və qadın ev-eşiklərindən didərgin düşüb.

  Son dərəcə quraqlıq nəticəsində yaranan su qıtlığı, yeni tip koronavirus (Covid-19) epidemiyasının dağıdıcı sosial-iqtisadi təsirləri, yaxınlaşan qış uşaq və qadınların təməl ehtiyaclarının qarşıdakı aylarda daha artacağından xəbər verir."



Әlaqәli Xәbәrlәr