Haitidə ölənlərin sayı 2 min nəfərə çatıb

14 Avqustda Haiti sahillərində baş verən 7,2 ballıq zəlzələdə ölənlərin sayı 1994 -ə, yaralıların sayı isə 9,900 -ə yüksəlib.

1693179
Haitidə ölənlərin sayı 2 min nəfərə çatıb

Ölkə rəsmilərinin açıqlamalarına görə fəlakətdən sonra başlayan Axtarış -xilasetmə işləri davam edir. Ölkədə 60 mindən çox ev dağılıb. 76 min ev və bir çox ictimai binada ağır fəsad yaranıb.

Mülki Müdafiə Agentliyi də zəlzələ nəticəsində həyatını itirənlərin sayının 1941 -ə, yaralıların sayının 6900-ə çatdığını bildirib. Agentlik həmçinin qeyd edib ki, beynəlxalq yardımlar çərçivəsində, ABŞ -dan mütəxəssis axtarış və xilasetmə dəstələri fəlakət bölgələrinə cəlb olunub. Meksika isə ölkəyə 15,4 ton ərzaq və dərman çatdırıb.

 



Әlaqәli Xәbәrlәr