ABŞ vətəndaşlığından çıxanlar 237 faiz artıb, çünki...

ABŞ Milli Gəlirlər İdarəsi (İRS) məlumatlarına görə...

1689296
ABŞ vətəndaşlığından çıxanlar 237 faiz artıb, çünki...

 

  Amerika Birləşmiş Ştatlarında vergi ödəməmək üçün vətəndaşlıqdan və “Green Card” xidmətindən çıxanların sayı 2020-ci ildə 2019-cu ilə nisbətən 237 faiz artıb.

  ABŞ Milli Gəlirlər və Vergi İdarəsinin (İRS) məlumatına görə, yeni tip koronavirus (Covid-19) epidemiyasının bütün dünyada təsirli olduğu 2020-ci ildə 6707 nəfər Amerika vətəndaşlığından ayrılıb.

  ABŞ-ın ölkə xaricində yaşayan vətəndaşlarından da İRS qaydalarına əsasən vergi ödəməyə məcbur etməsi və hər il ölkə xaricindəki gəlirlərini bəyan etmələrini istəməsi sözügedən mövzunun artma səbəbi olduğu bildirilir.

  ABŞ vətəndaşlığından çıxmağı seçənlərin çoxu qazancına görə yüksək vergi diliminə girənlər və ABŞ-da doğulmasına baxmayaraq, həyatının böyük qisimini başqa ölkələrdə yaşayanlardır.

  ABŞ Dövlət Departamenti qeydlərinə görə, ölkə xaricində təxminən 9 milyondan çox Amerika vətəndaşı yaşayır.

  Vətəndaşlıqdan çıxmaq istəyənlərdən qanuna uyğun olaraq 2350 dollar tələb edilir. Bundan başqa, bu adamlardan əvvəl yığılmış vergi borclarını ödəməsi və əgər ölkədə 2 milyon dollardan artıq sərvəti varsa, bunu satmış kimi çıxış vergisini də borcuna daxil etməsi istənilir.

  Amerikalılar arasında başqa ölkənin vətəndaşlığına keçən sərvət sahibləri arasında 2013-cü ildən sonra İsveçrədə yaşamağı seçən məşhur müğənni Tina Törner (Tina Turner) də var.



Әlaqәli Xәbәrlәr