Koronavirusun “yota”sı yaşlıların qənimi ola bilər

Nyu-York Səhiyyə Departamentinin və Kolumbiya Universiteti Meylman adına İctimai Səhiyyə Məktəbinin mütəxəssislərinin fikrincə...

1689377
Koronavirusun “yota”sı yaşlıların qənimi ola bilər

 

  Nyu-York Səhiyyə Departamentinin və Kolumbiya Universiteti Meylman adına İctimai Səhiyyə Məktəbinin mütəxəssislərinin fikrincə, koronavirusun Nyu-Yorkda aşkarlanmış “yota” ştamı yaşlı insanlar arasında ölüm halarını 62-82 faiz artıra bilər. Bununla bağlı aparılan tədqiqatın nəticələri medrxiv.org portalında dərc olunub.

  Alimlər 2020-ci ilin noyabrından 2021-ci ilin aprelinədək Nyu-York şəhərində toplanan məlumatları analiz edərək yeni ştamın yoluxma sürətini, immunitetdən yayınma qabiliyyətini və ölümcüllüyünü müəyyən etmək üçün riyazi model qurublar. Aydın olub ki, digər ştamlarla müqayisədə “yota” variantı 45-64 yaşlı pasiyentlər arasında ölüm hallarını 46 faiz, 65-74 yaşlı insanlar arasında ölüm hallarını isə 82 faiz artırır.

  “Yota” ştamının yoluxma sürəti əvvəlki variantlardan 15-25 faiz çoxdur. Bununla yanaşı o, xəstəlikdən sağalan insanların 10 faizinin immunitetini dəf edə bilir.

  Qeyd edək ki, koronavirusun “yota” ştamı ilk dəfə 2020-ci ilin noyabrında Nyu-Yorkda aşkarlanıb. Sonradan bu ştam 27 ölkəyə yayılıb.

 



Әlaqәli Xәbәrlәr