Rusiya Kuril adalarında hərbi obyektlər inşa edəcək

Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada Kuril adalarında indiyədək təxminən 30 hərbi obyektin inşasının tamamlandığı bildirilib.

1688299
Rusiya Kuril adalarında hərbi obyektlər inşa edəcək

Rusiya Yaponiya ilə sərhədə yaxın Kuril adalarında 50-dən çox hərbi obyekt inşa edəcək.

Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada Kuril adalarında indiyədək təxminən 30 hərbi obyektin inşasının tamamlandığı bildirilib.

Açıqlamada "Tikilən hərbi obyektlər arasında biri bu il tamamlanacaq olan 7 hərbi yaşayış binası var. Ümumilikdə 51 hərbi obyektin inşası yaxın gələcəkdə tamamlanacaq" ifadəsi yer alıb. 

Qeyd edək ki, İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı Yaponiyanın Sakit Okeanı ilə Oxot dənizini bir-birindən ayıran təxminən 1300 kilometr boyunca uzanan Kuril Adalarını ilhaq etmişdi. 

İlhaqdan sonra Yaponiya tərəfindən də "Şimal Bölgələri" adlandırılan torpaq sahəsindəki fikir ayrılığı səbəbindən Rusiya ilə sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlarda tərəflər bir nəticəyə gələ bilmirlər.



Әlaqәli Xәbәrlәr