Almaniya dəmiryolçuları 10 avqustdan tətil hərəkatına başladı

Almaniya Maşinistləri Həmkarlar İttifaqı (GDL) Almaniya Dəmiryolları Qurumu (Deutsche Bahn) ilə kütləvi iş müqaviləsi görüşlərinin uğursuz nəticələnməsi üzündən tətil etmək qərarı verdi

1688883
Almaniya dəmiryolçuları 10 avqustdan tətil hərəkatına başladı

 

  Almaniya Maşinistləri Həmkarlar İttifaqı (GDL) Almaniya Dəmiryolları Qurumu (Deutsche Bahn) ilə kütləvi iş müqaviləsi görüşlərinin uğursuz nəticələnməsi üzündən tətil etmək qərarı verdi.

  İttifaqın sədri Klauz Vezelski (Claus Weselsky) Frankfurtda təşkil etdiyi mətbuat konfransında işçilərin 95 faizinin tətilə çıxaraq Almaniya Dəmiryollarının yük və yolçu qatarlarında işi buraxacaqlarını bildirib: “Almaniya Dəmiryollarının yük qatarlarındakı maşinistlər 10 avqust axşam yerli saatla 19.00-dan, sərnişin qatarlarındakı maşinistlər isə sübh 02.00-dan etibarən işi buraxacaqlar. Tətil 13 avqust sübh 02.00-a qədər sürəcək.

  Maşinistlərimiz hər kəs kimi çalışır. Buna görə maaşlarının artırılmasına haqları var. Ölkəmizdəki dəmir yolu işçiləri usanmış vəziyyətdədir.”

  Qeyd edək ki, yeni tip koronavirus (Covid-19) böhranı və sel fəlakətindən təsirlənən Almaniya Dəmiryolları Qurumu Almaniya Maşinistləri Həmkarlar İttifaqı üzvlərinə maaşlarının 2022-ci il üçün 1,5 və 2023-cü ilin martından isə 1,7 faiz artırmağı təklif edib. Maşinistlər bunu qənaətbəxş hesab etməyərək 28 aylıq toplu iş müqaviləsi dövrü üçün ödənişlərə 3,2 faiz artım və 600 avro korona mükafatı ödənilməsini istəyir.

  10 avqustdan başlayan iş buraxma tətili şəhər içi, şəhərlərarası və uzun məsafəli yük və sərnişin qatarı səfərlərinə təsir edəcəyindən həftə boyu ölkə ərazisində bütün dəmir yolu nəqliyyatının axsaması gözlənilir.

  Xatırladaq ki, 2015-ci ildə 138 saat davam edən tətil Almaniya iqtisadiyyatını milyonlarla avro zərərə uğratmışdı.



Әlaqәli Xәbәrlәr