9 Avqust - Beynəlxalq Dünya Yerli Xalqlar Günüdür

Əhaliyə nisbətlə ən çox yerli bu ölkələrdə yaşayır...

1687575
9 Avqust - Beynəlxalq Dünya Yerli Xalqlar Günüdür

 

  Dünya üzrə 90 ölkədə 476 milyondan çox yerlinin yaşadığı təxmin edilir, bu da qlobal əhalinin 6,2, ən yoxsullarının isə 15 faizi deməkdir.

  BMT Yerli Xalqlar İş Qrupunun 1982-ci ildə ilk yığıncağını etdiyi 9 avqust tarixini Beynəlxalq Dünya Yerli Xalqlar Günü elan edib.

  Dünyanın bir çox yerində bu gün tədbirlərlə qeyd olunur.

  Birləşmiş Millətlər Təşkilatı və Yerli Xalqların Problemlərilə Bağlı Beynəlxalq İş Qrupunun (İWGIA) "Yerli Dünyası-2020" hesabatına görə, Yer kürəsində 90 ölkədə 476 milyondan çox yerli yaşadığı təxmin edilir.

  Dünya əhalisinin yüzdə 6,2, yoxsulların isə 15 faizi yerlilərdən ibarətdir.

  Ümumilikdə yerli xalqların 86 faizindən çoxu qeyri-rəsmi xarici ticarətlə məşğuldur.

  Əhaliyə nisbətlə ən çox yerli bu ölkələrdə yaşayır: Qrenlandiya əhalisinin 88, Fransa Polineziyasının 80, Bolivyanın 48, Quatemalanın 43,8 və Nepalın 36 faizi yerlilərdən ibarətdir.

  Ən çox yerlisi olan qitə Asiyadır. Təkcə Çində 112 milyon yerlinin yaşadığı təxmin edilir ki, bu rəqəm Çini ən çox yerlinin yaşadığı ölkə edir. Ondan sonra 104 milyon yerlisi ilə Hindistan, 60 milyonu ilə İndoneziya gəlir.



Әlaqәli Xәbәrlәr